Idman

“Qarabağ” ilk yoxlama matçında darmadağınla qalib gəldi

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Qarabağ”la “Keşlə” təlim-məşq toplanışını davam etdirir.

Savash.org xəbər verir ki, komandalar hazırlıq çərçivəsində ilk yoxlama görüşünü bir-birlərinə qarşı keçiriblər.

“Azersun Arena”da baş tutan qarşılaşmada Ağdam təmsilçisi böyükhesablı qələbəyə sevinib. Qurban Qurbanovun yetirmələri artıq ilk hissədəcə rəqib qapısından 4 cavabsız top keçirərək görüşün taleyini həll edib.

Xayme Romero və icarədən qayıdan Musa Qurbanlının dubl etdiyi oyunda yeni transfer Kadi Borqes də fərqlənib. “Qarabağ” rəqibini 7 cavabsız qolla darmadağın edib.

Qeyd edək ki, iyunun 30-də “Qarabağ”la “Sumqayıt” yoxlama görüşündə üz-üzə gələcək.

Yoxlama görüşü

26 iyun

“Qarabağ” – “Keşlə” – 7:0

Abdullah Zubir, 22, Xayme Romero, 28, 30, Musa Qurbanlı, 44, 47, Kadi Borqes, 61, Hüseyn Hüseynzadə, 88

/Apasport.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button