Idman

“Bakıda oynamağı anlamıram və qəbul etmirəm” – Çex futbolçu

Çexiya millisinin yarımmüdafiəçisi Antonin Barak AVRO-2020-nin 1/4 final mərhələsində Danimarkaya qarşı oynayacaqları matçın Bakıda keçirilməsindən şikayətlənib.

Savash.org “Onet”ə istinadən xəbər verir ki, Barak belə danışıb: “Çox təəssüf ki, Bakıda oynamalıyıq. Ailəmiz və azarkeşlərimiz bizi tribunalardan dəstəkləyə bilməyəcək. Bunu anlamıram və qəbul edə bilmirəm. Matça Kopenhagendə – rəqibimizin meydanında çıxsaydıq, Bakıdakından daha çox azarkeşimiz olardı”.

O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana etdikləri səfəri də yada salıb: “Çətin idi. Yol bizi çox yordu. Hava şəraiti də ürəyimizcə deyildi. Fərq budur ki, biz indi Avropa çempionatındayıq və hər oyun sonuncu ola bilər”.

Qeyd edək ki, Çexiya və Danimarka milliləri iyulun 3-də Bakı Olimpiya Stadionunda qarşılaşacaq./Fanat.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button