Idman

Ronaldunun karyerasını davam etdirmək istədiyi klub MƏLUM OLDU

Portuqaliyanın futbol üzrə yığmasının və İtaliyanın “Yuventus” komandasının hücumçusu Kriştianu Ronaldu karyerasını Turin klubunda davam etdirmək istəyir.

Savash.org xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” bildirib.

Məlumata görə, portuqal hücumçunun agenti Jorje Mendeş artıq “Yuventus” rəhbərliyinə Ronaldunun müqaviləni 2023-cü ilin iyununa qədər uzatmaq arzusu barədə məlumat verib. Turin klubunun rəhbərliyi fikirləşmək üçün vaxtın verilməsini xahiş edib, çünki “Yuventus” koronavirus pandemiyasına görə Ronaldunun ildə 31 milyon avro təşkil edən maaşını çətinliklə ödəyib.

Xatırladaq ki, Ronaldu “Yuventus”da 2018-ci ildən çıxış edir. Otuz altı yaşlı portuqal hücumçu ötən mövsüm komandada 29 qol vuraraq, İtaliya çempionatının ən yaxşı bombardiri olub. “Yuventus”la Ronaldunun müqaviləsi 2022-ci ilin yayına qədər qüvvədədir./Report

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button