Idman

Bakı klubu “Barselona”nın sabiq futbolçusunu HEYƏTİNƏ QATDI

“Sabah” İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Xuan Kamaranı heyətinə qatır.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi bu barədə rəsmi “Facebook” hesabından paylaşım edib.
Klub 27 yaşlı yarımmüdafiəçinin Lionel Messi, Luis Suares və Arda Turanla fotosunu paylaşıb. Müqavilə ilə Polşa “Yagelloniya”sına məxsus olan ispaniyalı oyunçunun icarə əsasında Azərbaycan təmsilçisində çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, Xuan Kamara 2014 – 2016-cı illərdə “Barselona”nın əvəzedici, 2016 – 2018-ci illərdə isə əsas komandasında çıxış edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button