Idman

İngiltərə italiyalı azarkeşləri finala buraxmır – Reyslər ləğv olundu

İtaliyalı azarkeşlər Avro-2020-nin final oyununa buraxılmaya bilər.

“SAVAŞ” xəbər verir ki, Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps italyan fanatların koronavirusla bağlı Londona səfər etməmələrini istəyib.

O bildirib ki, italiyalı fanatların sırf futbolla əlaqədar səyahət etdiklərini öyrənsələr, onların ölkəyə buraxılmasına icazə verilməyəcək. Şapps futbolla əlaqədar bir çox təyyarə resylərinin ləğv olunduğunu da bildirib.

Qeyd edək ki, İngiltərə hökuməti İtaliyadan gələnlər üçün 10 günlük karantin qaydası tətbiq edir.

Xatırladaq ki, İtaliya – İngiltərə final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button