Idman

“Qarabağ”, yoxsa “Legiya”? – Mətbuat konfransında Mahir Emreliyə çətin sual

“Legiya”da atmosfer əladır. Burada məni yaxşı qarşıladılar. Həm meydanda, həm də ondan kənarda səmimiyyət və açıqlıq gördüm”.

“SAVAŞ”-ın xəbərinə görə, bu sözləri milli komandamızın hücumçusu Mahir Emreli bu gün Varşavada təşkil olunan mətbuat konfransında deyib. Tədbirdə Emrelinin yeni klubu “Legiya”nın baş məşqçisi Çeslav Mixneviç də iştirak edib. Mətbuat konfransı Norveçin “Budyo Qlimt” komandası ilə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin sabah keçiriləcək cavab oyununa həsr edilib.

M.Emreli bildirib ki, baş məşqçilərinin rus dilində danışması onun üçün vacibdir: “Bu, komandaya adaptasiyamda daha sürətli rol oynadı”.

24 yaşlı hücumçu sabah Varşavada ilk dəfə “Legiya”lı azarkeşlər önünə çıxmağı səbirsizliklə gözlədiyini söyləyib: “Məndə də “Bodo”nun oyunçularındakı kimi hisslər var. Bizim azarkeşlər bu komandanın futbolçularını məşq zamanı alqışlayanda heyrətlənmişdim”.

Emreliyə “Qarabağ” və “Legiya”nın müqayisəsi barədə də sual verilib. Cavabında o bildirib ki, hər məşqçinin öz komandası, oyunçuları, taktikası olduğundan hansısa müqayisə apara bilməz.

Mətbuat konfransında futbolçumuza “Legiya”nın əsas hücumçusu olan çexiyalı Tomaş Pekqart barədə də sual ünvanlanıb. “Avro-2020”nin iştirakçı olan hücumçu dünən klubunun hazırlığına qoşulub. Jurnalist maraqlanıb ki, sabah həm Emreli, həm də Pekqart əsas heyətdə olacaqmı? M.Emreli cavabında  deyib ki, Tomaşın yaxşı təcrübəsi var: “Kimin oynayacağına dair qərarı isə baş məşqçi verir. Əsas komandanın qələbəsidir”.  Futbolçumuz bu zaman Zinəddin Zidanın fikirlərini də səsləndirib: “O deyir ki, ehtiyatda oturmağı bacarmayan oyunçu yaxşı futbolçu ola bilməz”.

Emreli kimin oynayacağına dair baş məşqçisinin daha dəqiq danışa biləcəyini söyləyib. Çeslav Mixneviç isə deyib: “Əlbəttə, onlar ikisi bir yerdə oynaya bilərlər. Belə matçlar olacaq.  Çünki bu tandem həm də “Legiya”nın gələcəyi ola bilər”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button