Idman

Azərbaycan Olimpiadada ilk medalını qazanıb

Azərbaycan cüdo yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını yekunlaşdırıb.

Savash.org-un məlumatına görə, bu gün ağırçəkili idmançılarımız Uşanqi Kokauri və İrina Kindzerska mübarizəyə qoşulub. Onlardan Kindzerska çıxışını mükafatla başa vurub. 30 yaşlı cüdoçumuz Bosniya və Herseqovinadan olan rəqibi Larisa Çeriçı, sonra isə cənubi koreyalı Miyin Hanı üstələyərək yarımfinala adlayıb.

İdmançımız final yolunda Yaponiyanın 21 yaşlı dünya çempionu Akira Sone ilə qarşılaşıb və uduzub. 3-cü yer uğrunda görüşdə isə çinli Şiyan Xu ipponla qalib gələn Kindzerska, Azərbaycan millisinə ilk medalı qazandırıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button