Idman

“Qarabağ” millimizin futbolçusunu transfer etdi

“Qarabağ” yeni transferini açıqlayıb.

Savash.org klubun rəsmi saytına istinadən xəbər verir ki, son mövsümü “Zirə”də keçirən milli komandamızın üzvü Riçard Almeyda ilə 1 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində 7 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Riçard Almeyda 2012-2019-cu illərdə də “Qarabağ”ın formasını geyinib. O, karyerası ərzində Ağdam təmsilçisindən başqa Braziliyanın “Santo Andre”, Portuqaliyanın “Gil Visente”, Qazaxıstanın “Astana” və Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klublarında çıxış edib. 2017-ci ildən milli komandamıza çağırılan braziliyalı 22 oyunda 3 qol vurub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button