Idman

Çempionlar Liqası:\”Real\” \”Yuventus\”la bacarmadı

Çempionlar Liqası:"Real" "Yuventus"la bacarmadı
Ötən gecə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunlarına start verilib.

Virtualaz.org bildirir ki, ilk oyun günündə \”Yuventus\” doğma meydanda \”Real\”ı qəbul edib.

Hesabı meydan sahibləri açıblar – 9-cu dəqiqədə Morata fərqlənib. Madridlilərin cavabı özünü çox gözlətməyib – 27-ci dəqiqədə Ronaldo hesaba tarazlıq gətirib.

58-ci dəqiqədə Tevez penalti zərbəsindən dəqiq yararlanmaqla turinliləri yenidən önə keçirib. Bu, gərgin və maraqlı keçən oyunda sonuncu qol olub – 2:1.

Qeyd edək ki, yarımfinalın digər oyunu bu axşam \”Barselona\” və \”Bavariya\” klubları arasında keçiriləcək.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button