Idman

“Qarabağ”ın oyunundakı qalmaqalın təfərrüatları – Videolar + Şəkillər

Xəbər verildiyi kimi, Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin AEL – “Qarabağ” oyununda (1:1) qalmaqallı anlar yaşanıb.

“SAVAŞ” xəbər verir ki, əsas hadisə Ağdam klubunun 90+3-cü dəqiqədə hesabı bərabərləşdirməsindən sonra baş verib. Qolun müəllifi Abdullah Zubir sevincini texniki zonada olan məşqçilər və futbolçularla bölüşərkən yunan azarkeşlər qeyri-etik hərəkətə yol veriblər. Onlardan biri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat xarakterli hərəkətlər edib. Aranın qarışdığını görən hakim komandaları meydandan çıxarıb.

Lakin bu zaman Qurban Qurbanov özü geri qayıdaraq meydanda nümayişkaranə şəkildə üzü yunan azarkeşlərə tərəf durub. Görünür, o, bununla yerli fanatlardan çəkinmədiyini göstərib.

Şəkillərdən isə görünür ki, yerli azarkeşlər bu təxribata “Qarabağ”ın qolundan daha əvvəl hazırlaşıblar. Matçın gedişatı zamanı onların texniki zonada olan “Qarabağ”ın futbolçuları ilə mübahisə etdikləri açıq şəkildə görünür.

Həmin anların geniş videoicmalını və şəkilləri təqdim edirik.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button