Idman

AEL “Qarabağ”a meydan oxudu, azarkeşlərinin yanında olduğunu açıqladı – BƏYANAT

“Qarabağ”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Kipr AEL-i bəyanat yayıb. 

“SAVAŞ” fanat.az-a istinadla xəbər verir ki, klub rəsmi saytı vasitəsilə yaydığı açıqlama azarkeşlərə dəstək ifadə edir.

Ötən gecə baş tutan ilk oyunda şuluq salan iki azarkeş isə “rəqibin tələsinə düşən fanat” adlandırılıb. Klub prezidenti, məşqçilər və futbolçuların adından yayılan bəyanatın mətnini diqqətinizə çatdırırıq: “Prezident Andreas Sophocleous, futbol departamenti, məşqçilər və futbolçular, dünən “AEK Arena”da iştirak edən və oyun boyunca komandamıza dəstək olan 2000 AEL-liyə təşəkkür etmək istəyir. Gələcəkdə ailəmizin daha da böyüməsini gözləyirik!

Əldə etdiyimiz bu gözəl görüntü və ailə mühiti, rəqiblərin çətinliklər tələsinə düşən iki xüsusi azarkeşin hərəkətləri ilə heç bir şəkildə damğalana bilməz. Dünənki hadisəni bütün gücümüzlə qınayırıq. Yalnız bu yolla komandamız dünyanı hər zaman yanında saxlayacaq.

Xatırlatmaq istəyirik ki, bizi qürurlandıran bu komanda heç vaxt təslim olmayan komandadır! Ona görə də Azərbaycana gedəcəyik və növbəti mərhələyə vəsiqə qazanmaq üçün var gücümüzlə mübarizə aparacağıq!”.

Qeyd edək ki, Larnakada baş tutan və 1:1 başa çatan ilk oyunda yerli azarkeşlərin aqressiv davranışı səbəbindən hakim oyunu təxminən 10 dəqiqə dayandırmalı olub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button