Idman

Muaytay Tayboksinq Federasiyası Kazandakı yarışlara hazırlaşır

Azərbaycan Muaytay Tayboksinq Federasiyasının yığma komandası MDB dövlətləri arasında keçiriləcək beynəlxalq yarışa hazırlaşır.

Azərbaycan Muaytay Tayboksinq Federasiyasının mətbuat xidmətinin rəhbəri Elxan Mubarizlərin verdiyi məlumata görə, yarışlar sentyabr ayının 1-dən 12-nə kimi Kazan şəhərində keçiriləcək. 20-ə qədər idman növünün daxil edildiyi yarışda Muaytay üzrə yarışlar baş tutacaq.

Azərbaycan komandası bu idman tədbirində fedarasiyanın prezidenti Azer Həsənsoyun rəbərliyi  6 idmançı, 1 hakim və 2 məşqçi ilə təmsil olunacaq.

Hazırda yığma komanda Qəbələ olimpiya idman mərkəzində təlim məşq toplantılarını keçir.

Xatırladaq ki, Muaytay idman növü olimpiya oyunlarına daxil edilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button