Idman

Gürcüstanda \”oyun alveri\” əməliyyatı: klub prezidenti və futbolçular tutuldu

Gürcüstanda "oyun alveri" əməliyyatı: klub prezidenti və futbolçular tutuldu
Gürcüstan Respublikasında futbol zəlzələsi yaşanmaqdadır.

Apasport.az saytının məlumatına görə, gürcü polisi aralarında “STU Tiflis” klubunun prezidenti, futbolçular, totalizator şirkətinin rəhbəri də daxil olmaqla 8 nəfəri oyun alqı-satqısında şübhəli bilərək həbs edib.

Ölkənin Daxili İşlər nazirliyindən verilən açıqlamada həbs olunanların Gürcüstan çempionatının bəzi komandaları ilə oyun al-veri üçün razılaşmış olduqları bildirilib.

Gürcüstan Futbol Federasiya isə istintaq müddətində nazirliklə birlikdə hərəkət edəcəklərini qeyd edib.

İstintaq davam etdikcə həbs olunanların sayının artacağı istisna olunmur.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button