Idman

“Qalatasaray”ın futbolçuları niyə yumruq davasına çıxdı? – Terimdən açıqlama

Xəbər verdiyimiz kimi, Türkiyə Super Liqasının ilk turunun “Giresunspor” – “Qalatasaray” matçında qonaq komandanın futbolçuları arasında dava düşüb.

Belə ki, görüşün ikinci yarısında Markao və Kerem Aktürkoğlu dava edib. Braziliyalı futbolçu Keremin üzərinə hücum çəkib, əvvəlcə ona kəllə, ardınca yumruq atıb. Nəticədə hakim Markaonu qırmızı vərəqə ilə meydandan qovub. Baş məşqçi Fatih Terim isə Keremi oyundan çıxarıb.

Davaya səbəb Keremin Markaoya əllə “sus” işərəsi göstərməsi olub. Belə ki, matçın gedişində gənc futbolçu topu itirib, braziliyalı isə ona sərt şəkildə etiraz edib.

Matçdan sonra olayın səbəbi barədə Fatih Terimə məlumat verən Kerem “Sus dedim, kəllə atdı” deyib.

Fatih Terim də oyundan sonra açıqlama verərək Keremi müdafiə edib: “Hər ikisi bizim futbolçumuzdur. Amma Kerem gənc və qiymətlimizdir. Keremin gəncliyini qoruyacağıq, Markaoya da cəzası nədirsə, veriləcək. Hər şeyi həll edəcəyik, heç kim narahat olmasın. Markao hər kəsdən üzr istəyəcək”.

Qeyd edək ki, oyun “Qalatasaray”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

fanat.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button