Idman

KL: “Qarabağ”ın rəqibləri bilindi – Qruplar+SİYAHI

UEFA Konfrans Liqasında qrup mərhələsinin püşkü atılıb.

“SAVAŞ” xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da rəqibləri bəlli olub.

Ağdam təmsilçisi H qrupunda yer alıb. Təmsilçimiz “Bazel” (İsveçrə), “Kayrat” (Qazaxıstan)
və “Omoniya” (Kipr) ilə mübarizə aparacaq.

Qeyd edək ki, reqlamentə görə, Konfrans Liqasının qrup mərhələsində 1-ci yeri tutan komanda birbaşa 1/8 finala çıxır.
Konfrans Liqasının qrup mərhələsində 2-ci yeri tutan komanda isə 1/16 finala yollanır və bu mərhələdə Avropa Liqasının qrup mərhələsində 3-cü yeri tutmuş komandalardan biri ilə 1/8 finala vəsiqə uğrunda qarşılaşır.

Qrupların tərkibi belədir:

A qrupu
LASK (Avstriya)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Alaşkert” (Ermənistan)
HİK (Finlandiya)

B qrupu
“Gent” (Belçika)
“Partizan” (Serbiya)
“Flora” (Estoniya)
“Anortosis” (Kipr)

C qrupu
“Roma” (İtaliya)
“Zarya” (Ukrayna)
“MOİK-Sofiya” (Bolqarıstan)
“Budyo Qlimt” (Norveç)

D qrupu
AZ (Niderland)
CFR (Rumıniya)
“Yablonets” (Çexiya)
“Randers (Danimarka)

E qrupu
“Slaviya” (Praqa, Çexiya)
“Feyenoord” (Niderland)
“Union Berlin” (Almaniya)
“Makkabi” (Hayfa, İsrail)

F qrupu
“Kopenhagen” (Danimarka)
PAOK (Yunanıstan)
“Slovan” (Bratislava, Slovakiya)
“Linkoln” (Cəbəllütariq)

G qrupu
“Tottenhem” (İngiltərə)
“Renn” (Fransa)
“Vitess” (Niderland)
“Mura” (Slovakiya)

H qrupu
“Bazel” (İsveçrə)
“QARABAĞ” (AZƏRBAYCAN)
“Kayrat” (Qazaxıstan)
“Omoniya” (Kipr)

Qeyd edək ki, Konfrans Liqasında ilk turun oyunları sentyabrın 16-da baş tutacaq.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button