Idman

“Kayrat” erməni futbolçunu Bakıya gətirir – Açıqlandı

Konfrans Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparacaq Qazaxıstanın “Kayrat” klubu iştirak ərizəsini açıqlayıb.

Qol.az xəbər verir ki, baş məşqçi Kurban Berdıyevin siyahısına  37 futbolçu var. Onların arasında Ermənistan millisinin 29 yaşlı müdafiəçisi Kamo Ovanesyan da yer alıb.

Qapıçılar: Stat Pokatilov, Danil Ustimenko, Vladimir Biryukov, Kitina Pivkin, Temirlan Anarbekov

Müdafiəçilər: Sergey Keyler, Nurəli Əlip, Qafurxan Suyumbayev, Kamo Hovannisyan (Ermənistan), Baqnak Mueni (Kamerun), Rade Duqaliç (Serbiya), Dino Mikanoviç (Xorvariya), Daniyar Usenov, Denis Polyakov (Belarus), Ravil İbrahimov,  Abdulla Şen, Aleksandr Şirobokov

Yarımmüdafiəçilər: Quljigit Alıkulov (Qırğızıstan), Aybol Abiken, Yan Voroqovski, Rikardu Alves (Portuqaliya),  Neboyşa Kosoviç (Monteneqro), Andrey Ulşin, Roman Baluta, Sagi Anet, Arsen Burantsiyev, Alişer Rahimjanov,  İbrahim Dadayev, Adilet Sadıbekov

Hücumçular: Vaqner Lav (Braziliya), Xose Kante (İspaniya), Artur Şuşenaçev, Joao Paulu (Braziliya), Erkebulan Seydahmet,  Denis Mitrofanov, Arseni Meleşenko, Qalımjan Kenjebek.

Qeyd edək ki, “Kayrat”la “Qarabağ” arasında ilk matç oktyabrın 21-də Bakıda, 2-ci qarşılaşma isə noyabrın 4-də Almatıda keçiriləcək. H qrupunda Kiprin “Omoniya” və İsveçrənin “Bazel” komandaları da mübarizə aparacaq.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button