Idman

İlham Rəhimov Tovuzun futbol klubunu himayəyə götürdü

İlham Rəhimov Tovuzun futbol klubunu himayəyə götürdü
Son günlər \”Turan-Tovuz\” klubunun növbəti mövsümdən Premyer Liqada çıxış edəcəyi ilə bağlı məlumatlar yayılıb. \”Qafqazinfo\” xəbər verir ki, Tovuzun millət vəkili Qənirə Paşayeva da kluba biganə qalmayıb.

O, qərb təmsilçisinin əsas liqaya qayıtması üçün təşəbbüs göstərib. Elə AFFA prezidenti Rövnəq Abdullayev də ölkənin tarixi klublarından olan \”Turan-Tovuzu\”u yenidən elitada görmək istəyir.

Kluba sponsor məsələsi də artıq həll olunub. Belə ki, bundan sonra komandaya Rusiyada yaşayan azərbaycanlı iş adamı İlham Rəhimov himayədarlıq edəcək. Onun hətta bu gün “Turan-Tovuz”un “Bakılı”ya qarşı keçirəcəyi oyunu stadiondan izləyəcəyi də gözlənilir.

Qeyd edək ki, “Turan” Azərbaycanın ən tarixi klublarındandır. Bir çox məşhur futbolçularımızın yetişməsində rolu olan klub vaxtilə elitada ən güclülərdən olub. Lakin son 2 ildə komanda maliyyə problemləri ucbatından birinci divziona yuvarlanıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button