Idman

“Onsuz da Bakıya getmək istəyim yox idi” – “Kayrat”ın erməni futbolçusu

“Kayrat”ın erməni yarımmüdafiəçisi Kamo Oqanesyan Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la oyun üçün Bakıya səfər etməyəcəyindən danışıb.

29 yaşlı futbolçu “Matç TV”yə açıqlamasında deyib:

“Yalnız deyə bilərəm ki, Bakı mənim təhlükəsizliyimə zəmanət verə bilməz. Onsuz da ora getmək istəyim yox idi. Amma getməyə və oynamağa hazır idim. “Kayrat”a yalnız qələbə arzulayıram. Mənsiz də istənilən rəqibi məğlub edə bilərlər. Yaxşı komandamız var”.

Xatırladaq ki, “Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda oktyabrın 21-i “Kayrat”ı qəbul edəcək.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button