Idman

Bakıdan “Kayrat” komandasını aparan təyyarə qəzaya uğradı

Qazaxıstanın “Kayrat” komandasını Bakıdan aparan təyyarə qəzaya uğrayıb.
“SAVAŞ” sports.ru-ya istinadən xəbər verir ki, fövqəladə hadisə Almatı beynəlxalq aeroportunda baş verib. “FlyJet” aviaşirkətinə məxsus təyyarə “Renault” avtomobili ilə toqquşub.
Hadisənin təfərrüatları öyrənilir. Faktla əlaqədar Hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi qaldırılıb, istintaq araşdırmaları aparılır.
Qeyd edək ki, oktyabrın 21-də “Kayrat” Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur matçında “Qarabağ”ın qonağı olub. Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button