Idman

FİFA prezidenti \”Qarabağ\”ı təbrik edib

FİFA prezidenti "Qarabağ"ı təbrik edibFİFA-nın prezidenti Yozef Blatter Topaz Premyer Liqasının qalibini təbrik edib. İsveçrəli futbol funksioneri AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla dünya futbolailəsi adından \”Qarabağ\” klubuna təbrikini çatdırıb.

Blatter Ağdam təmsilçisini Topaz Premyer Liqasının 2014/2015-ci il mövsümünün qalibi olması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.

Qeyd edək ki, \”Qarabağ\” mövsümün sonuna 2 tur qalmış çempionluğu təmin edib. Bu, ardıcıl 2-ci, klubun tarixində 3-cü çempionluqdu. (apasport.az)

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button