Idman

Fatih Terim Musleranın “qələmini qırdı”

“Beşiktaş”la derbi matçında çıxışdakı səhvləriylə yadda qalan və qollarda günahı olan “Qalatasaray”ın qapıçısı Muslera “1 nömrə” mövqeyini itirəcək.

Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Fatih Terim qış fasiləsində uruqvaylıya alternativ qolkiper alınması üçün rəhbərliyə təlimat verib.

Ehtiyat qapıçı probleminə görə demək olar, məşqsiz oynayan Muslera Fatih Öztürk və İsmail Çipə rəqabətdə qalib gəlsə də, özü formada deyil. “Qalatasaray” artıq “Göztəpə”li İrfan Canı gözaltı edib. Gənc qapıçını “1 nömrə” mövqeyində görən, mövsümün əvvəlində onu əldə etmək cəhdi alınmayan İstanbul klubu qışda masaya oturacaq. “Sarı-qırmızılar” İrfan Can üçün “Göztəpə”ni razı salmağa çalışacaqlar ki, qarşı tərəfə həm pul, həm də futbolçu təklif ediləcək.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button