Benitez \”Real\”da, Ronaldo isə üsyan edir… – Qalmaqal
Yeni mövsümdən \”Real Madrid\”-i \”Napoli\”nin sabiq baş məşqçisi Rafael Benitez çalışdıracaq.
Musavat.com xəbər verir ki, bu barədə Madrid klubunun vitse-prezidenti Eduardo Fernandes de Blas məlumat verib: \”Ançelottiyə böyük hörmətim var. Ancaq o, istefaya göndərilənə kimi dünyanın ən yaxşı baş məşqçisi hesab olunurdu. Yeni mövsümdən etibarən \”Real\”-ı Rafael Benitez çalışdıracaq və o, dünyanın ən yaxşı baş məşqçisi sayılacaq\”.
Amma bu təyinatın Ronaldonun ürəyincə olmadığı deyilir. “Real” mövsümdə uğursuz çıxış etdikdən sonra Karlo Ançelottini istefaya göndərən klubun prezidenti Florentino Peresin hərəkəti futbolçunun xoşuna gəlməyib.
Pereslə Ronaldo arasında münasibətlər əvvəlcədən də yaxşı deyildi. Bundan başqa, “Kral klubu” prezidentinin yarımmüdafiəçi Qaret Beylə göstərdiyi qeyri-şərtsiz dəstək də Ronaldonun könlüncə deyil.
O, həmçinin “Real”ın yeni baş məşqçi Rafael Beniteslə işləmək istəmir. Ronaldonun İspaniyanın “Real” klubu ilə müqaviləsi 2018-ci ilədək qüvvədə olsa da, Fransanın “Pari Sen-Jermen” komandası artıq indidən onunla maraqlanır və transfer təzminatını ödəməyə hazırdır.