Idman
Türk məşqçi Azərbaycan millisindən imtina etdi – Okan Buruk AFFA-ya niyə “yox” dedi?

“Başakşəhər”lə çempion olduqdan sonra boşda olan və heç bir yerdə çalışmayan baş məşqçi Okan Buruk Azərbaycan millisindən təklif alıbmış.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, onun Azərbaycan millisinin sükanı arxasına keçidi baş tutmayacaq.
48 yaşlı mütəxəssis AFFA-nın təklifini qəbul etməyib.
Okan Burukun hazırda ölkə xaricində işləmək istəmədiyi üçün bu addımı atdığı qeyd edilib. İddiaya görə, Anadolu klublarından da təklif alan Burukun əsas hədəfi İstanbul təmsilçilərindən birinə rəhbərlik etməkdir.