Idman

“Neftçi” – “Sabah” matçından sonra insident yaşandı

Azərbaycan Premyer Liqasının XI turunun “Neftçi” – “Sabah” oyunundan sonra insident baş verib.

Savash.org-un məlumatına görə, matçın final fitindən sonra meydana azarkeş daxil olub və “ağ-qaralar”ın hücumçusu Mirabdulla Abbasova hücum edib. Hadisəyə fanatların futbolçuları təhqir etməsi, Abbasovun isə onlara cavab qaytarması səbəb olub.

Tərəfləri çətinliklə sakitləşdiriblər. Bundan sonra isə azarkeşlər “İstefa, istefa!” şüarları səsləndiriblər.

Qeyd edək ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button