Idman

Teymur Rəcəbov tanınmış rus xanımla NİŞANLANDI – FOTO

Rusiyalı tanınmış ulduz Anna Maksakova azərbaycanlı qrossmeyster Teymur Rəcəbovla nişanlandığını açıqlayıb.

Savash.org xəbər verir ki, Maksakova İnstaqramda Rəcəbovla FİDE-nin 2021-ci il şahmat üzrə dünya çempionatının başladığı Dubayda çəkilmiş ikisinin birgə  fotosunu yerləşdirib. Anna Rusiyanın xalq artisti Lyudmila Maksakovanın nəvəsidir.

Anna şəkillərə “Nişanlım Teymur Rəcəbovla”, “Bir az yorğunuq, amma matç hələ başlamamışdı” şərhini yazıb.

Rəcəbov özü fotoları repost etsə də, şərh verməkdən yayınıb.

Qeyd edək ki, Teymur Rəcəbovun həyat yoldaşı SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə Nəsirlidir. Cütlük 2011-ci ildə ailə həyatı qurub. 2013-cü ildə cütlüyün Məryəm adlı bir qızı var. Boşanma barədə məlumat verilməyib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button