Idman

Fatih Terimə 5 oyunluq cəza verildi

Türkiyə Futbol Federasiyası “Qalatasaray”ın baş məşqçisi Fatih Terimi sərt cəzalandırıb.

“SAVAŞ” NTV-yə istinadən xəbər verir ki, buna 68 yaşlı mütəxəssisin Superliqanın 13-cü turunda “Fənərbaxça”ya uduzduqları (1:2) görüşdə baş hakim Halil Umut Meleri təhqir etməsi səbəb olub. Ona 5 oyunluq cəza verilib.

Terim oyunda qırmızı vərəqə alaraq texniki zonadan qovulmuşdu.

Beləliklə, Fatih Terim qırmızı vərəqəyə görə ümumilikdə 6 qarşılaşmada komandasının yanında ola bilməyəcək.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button