Idman

Levandovski: “Messini təbrik edirəm…”

 Polşa millisinin və “Bavariya”nın hücumçusu Robert Levandovski “Qızıl top” mərasimindən sonra azarkeşlərə müraciət edib.

“SAVAŞ” xəbər verir ki, o, “İnstaqram” hesabından yazıb:

“ Əvvəla, “Qızıl top”un qalibi Lionel Messini təbrik etmək istərdim. Mənə səs verən və 2021-ci ildəki nailiyyətlərimi əlamətdar hesab edən hər bir jurnalistə təşəkkür edirəm.

İlin ən yaxşı hücumçusu oldum. Güclü komanda və sadiq azarkeşlər olmadan heç kim fərdi mükafat ala bilməz. Mən də istisna deyiləm. Polşa millisindəki və “Bavariya”dakı komanda yoldaşlarıma, məni hər gün dəstəkləyən azarkeşlərə təşəkkür etmək istəyirəm.

Ən əsası isə ailəmə sonsuz təşəkkürlər. Sağ ol, ana. Təşəkkür edirəm Anna – sən mənim həyatımın sevgisisən, ən yaxşı dostumsan. Bacım Milena və dostlarıma, eləcə də daim dəstək olduqları üçün rəhbərlikə təşəkkür edirəm. Uğurlarımın əsası budur”.

Qeyd edək ki, Levandovski “Qızıl top”un səsverməsində 2-ci olub. Mükafatı PSJ-nin hücumçusu Lionel Messi qazanıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button