Avropa çempionatının seçmə oyunları keçirilib
Bütün Avropanın diqqətinin Bakıda olduğu vaxtda dünən AÇ-2016-nın seçmə mərhələsinin 6-cı turuna start verilib.
Millimiz dünən Osloda Norveç millisi ilə bərabərə qalıb – 0:0.
Millimizin qrupundakı Bolqarıstan komandası Malta səfərindən minimal hesablı qələbə ilə dönüb – 0:1. Qrupumuzun digər oyunu Split şəhərində baş tutub. Burada Xorvatiya millisi İtaliya millisini qəbul edib. Oyun Mandzukiç və Kandrevanın qarşılıqlı qolları ilə 1:1 hesabı ilə başa çatıb. Qrupumuza Xorvatiya millisi başçılıq edir. Onların aktivində 14 xal var. İtaliya millisi 12 xalla 2-ci, Norveç isə 10 xalla 3-cü pillədədir. Azərbaycanın aktivində 4 xal var və 5-ci yerdədir.
AÇ-2016. Seçmə mərhələ, 6-cı tur
A qrupu
Qazaxıstan – Türkiyə 0:1
İslandiya – Çexiya 2:1
Latviya – Hollandiya 0:3
B qrupu
Andorra – Kipr 1:3
Bosniya və Herseqovina – İsrail 3:1
Uels – Belçika 1:0
H qrupu
Xorvatiya – İtaliya 1:1
Malta – Bolqarıstan 0:1
Norveç – AZƏRBAYCAN 0:0
1. Xorvatiya 4 2 0 16:3
14
2. İtaliya 6 3 3 0 9:5 12
3. Norveç 6 3 1 2 7:8 10
4. Bolqarıstan 6 2 2 2 7:7 8
5. AZƏRBAYCAN 6 1 1 4 4:11 4
6. Malta 6 0 1 5 1:10 1