Idman

“Düşmənə uduzacağımı heç ağlıma gətirmirdim”

“Düşmənə uduzacağımı heç ağlıma gətirmirdim”“Son görüşdə erməni idmançısına qalib gəlib, bürünc medal qazandığım üçün ikiqat sevincliyəm”. Bunu apasport.az saytına yunan-Roma güləşi üzrə yığmamızın üzvü Elman Muxtarov deyib.

I Avropa Oyunlarında 59 kq çəki dərəcəsində mübarizə aparan Muxtarov bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Roman Amoyan üzərində qələbə qazanıb. O bildirib ki, həmin oyunda uduza bilməzdi: “Erməniyə qarşı çıxış edirdim. 2012-ci ildə London Olimpiadasında onunla qarşılaşmışdım. Düşmənə uduzacağımı heç ağlıma gətirmirdim. Başqa çıxış yolum da yox idi. Şükürlər olsun ki, qalib gəldim”.

Elman yarımfinalda erməni əsilli Rusiya təmsilçisi Stefan Maryanyana məğlubiyyəti isə yorğunluqla əlaqələndirib: “O, çox güclü güləşçi idi. Ancaq ona uduzmağımın əsas səbəbi yorğunluq oldu. Çünki Maryanyanla görüş öncəsi cəmi 15-20 dəqiqəlik fasilə yaranmışdı”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button