Idman

Mahir Emreli “Legiya”dan niyə getmək istədiyini açıqladı: “Bu cür azarkeşlərlə…”

“Bu, sırf mənə qarşı olan təxribat deyildi”.

Savash.org xəbər verir ki, bunu Azərbaycan millisinin və Polşa “Legiya”sının futbolçusu Mahir Emreli “İctimai TV”də yayımlanan “Fatehin Divanı” verilişində qonaq olarkən deyib.

Varşava təmsilçisinin azarkeşlərinin komanda üzvlərinə hücum çəkməsinə toxunan 25 yaşlı forvard bunu normal qarşılamadığını bildirib: “Həmin gün oyunu uduzub Varşavaya qayıdanda turnir cədvəlinin sonuncu pilləsində idik. Bu da azarkeşləri qəzəblənirdi. Amma bunu heç cür normal qarşılamıram. Çünki ikinci diviziona düşən komandaları da görümüşük. Heç birinin fanatları belə etməyib”.

Emrelinin sözlərinə görə, Varşavada “Legiya” sevgisi çox böyükdür: “Bu cür azarkeşlərlə yanaşı, yaxşı tərəfdarlar da var. Onlardan naazı olduğumu desəm, düzgün olmaz. Bu insanların haqqına girə bilmərəm. Lakin bu cür hadisə ürəkaçan deyil”.

Qeyd edək ki, “Legiya”dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında “Legiya”nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb./Report

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button