Idman

“Ronaldoyla tanış olana qədər çörək bişirib satırdım” – Sevgilisi

“Mançester Yunayted”in portuqaliyalı ulduzu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes futbolçuyla münasibət quranadək həyatında baş verən məqamlardan  danışıb.

27 yaşlı argentinalı model “Nertflix”də onun haqda çəkilən sənədli filmdə vaxtı ilə imkansızlıqdan gecəqonduda qalmaq məcburiyyətində olduğunu dilə gətirib. O, yayda kondisioner, qışda isə istilik sisteminin xərclərini ödəməyə pul tapa bilmədiyini deyib.

Corcina dolanmaq üçün çörək bişirib satdığını da söyləyib. Model, Kriştiano Ronaldo ilə tanış olduqdan sonra bütün həyatının dəyişdiyini bildirib:

“Madridə gələndə durumum acınacaqlı idi. Köhnə anbar otaqlarından birinə sığınmışdım. Burda qaldığım üçün hər ay sonu 260 avro ödəyirdim. Kommunal ödənişlər üçünsə pul tapa bilmirdim. Məcburiyyətdən çörək bişirib satırdım. Ancaq Kriştiano ilə tanışlığım bütün həyatımı dəyişdi”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button