Idman

“Qarabağ”ın yeni transferi gəldi – Digəri yol üstədir

“Qarabağ”ın heyətinə cəlb edəcəyi Luka Quqeşaşvili bu gün Bakıya gəlib.

Gürcüstan millisinin 22 yaşlı qapıçısı tibbi müayinədən keçdikdən sonra Ağdam klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Quqeşaşvilinin son klubu Polşa “Yaqelloniya”sı olub.

Ağdam klubunun Bolqarıstanın “Çerno More” komandasının yarımmüdafiəçisi Leandro Andradeni də heyətinə cəlb edəcəyi dəqiqləşib. 22 yaşlı braziliyalı yarımmüdafiəçi isə “Qarabağ”ın düşərgəsinə Bakıda yox, Antalyada qoşulacaq.

Qeyd edək ki, Ağdam komandasının Türkiyədə təlim-məşq toplanışı yanvarın 12-26-da keçiriləcək.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button