Idman

“Qarabağ“ qələbəyə ac olacaq“ – “Marsel“in futbolçusu

“Qarabağ”ın oyununu bir neçə dəfə görmüşəm. Xüsusilə, onların Çempionlar Liqasındakı matçlarına baxmışam. Avrokuboklarda oynamaq heç vaxt asan deyil. Bu komanda qələbəyə ac olacaq və bütün rəqiblərimiz kimi, yüz faiz gücünü ortaya qoyacaq”. 

“SAVAŞ” xəbər verir ki, bu sözləri “Marsel”in futbolçusu Amin Harit klubun saytına müsahibəsində Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri “Qarabağ” haqda danışarkən deyib.

O, Ağdam təmsilçisin ilə ilk matçı evdə keçirəcəklərini xatırladıb: Cavab görüşünü asanlaşdırmaq üçün doğma meydanda güclü olmaq lazımdır”.

Mərakeşli oyunçu bildirib ki, bütün turnirlərdə hədəfləri titul qazanmaqdır: “Böyük və ya kiçik yarış yoxdur. Bəli, Çempionlar Liqası ən nüfuzlusudur. Amma yenə də biz Konfrans Liqasını qazanmaq istəyirik”.

Qeyd edək ki, “Qarabağ” “Marsel”lə ilk oyununu fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button