Idman

“Qarabağ” hücumçusuna Türkiyədən təklif

“Qarabağ” hücumçusu İbrahima Vadji ilə yollarını ayıra bilər. 27 yaşlı forvardın yenidən Türkiyədə çıxış etmək variantı yaranıb.

“SAVAŞ” Türkiyə mətbuatına istinadən xəbər verir ki, seneqallı futbolçu “Kocaelispor”un transfer gündəmindədir. TFF I Liqa təmsilçisi qış fasiləsində bir neçə oyunçu almağı planlaşdırır.  Vadji də həmin futbolçular sırasındadır. “Qarabağ”ın mövsümün əvvəlində “Heqesunn”dan 600 min avroya transfer etdiyi Vadji hazırda komandası ilə Antalyada təlim-məşq toplanışında olsa da, Ağdam təmsilçisinin heyətində 4 hücumçunun olması onu narahat edir və Vadji komandasını dəyişmək niyyətindədir.

“Qarabağ” isə futbolçunun icarəyə verilməsi  variantını nəzərdən keçirir.

Qeyd edək ki, 2016/17 mövsümündə Türkiyədə “Qaziantep”in formasını geyinən İbrahima Vadjinin “Qarabağ”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, bu mövsüm bütün turnirlərdə keçirdiyi 15 oyunda 5 qol vurub.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button