Idman

Futbolçunun üzərində silah tapıldı, həbs edildi

“Penyarol”un (Uruqvay) futbolçusu Nikolas Şkiappekeiss komandasının “Nasional” ilə yoxlama oyununa gedərkən polis tərəfindən saxlanılıb. 

Bu barədə “El Observador” məlumat yayıb. Nikolas görüşdə meydana çıxmayacağını bilsə də, oyunu izləmək üçün stadiona gedib. Bu vaxt yolda oyunçunu polis saxlayıb və onun üzərini yoxlayıb. Nəticədə Nikolasın üzərində silah aşkarlanıb. Həmçinin onun maşınından bu silaha aid 8 ədəd mərmi tapılıb.

Səyahətə tək çıxmayan Nikolasın yanındakı şəxslərdən birinin də əvvəllər narkotik satışına görə cəzalandırıldığı üzə çıxıb.

Nikolas isə izahatında silahı stadiondakı azarkeşlərdən biri üçün apardığını etiraf edib. Onun 6 ilədək azadlıqdan məhrum ediləcəyi gözlənilir.

Qeyd edək ki, Nikolas müqavilə ilə “Sassuolo”ya məxsusdur və “Penyarol”da icarə əsasında oynayır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button