Idman
Dünya reytinqində Azərbaycandan yalnız “Qarabağ” var

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2022-ci ilin fevral ayı üçün ən yaxşı 200 klubun yer aldığı siyahını açıqlayıb.
Siyahıda Azərbaycandan 1 klub yer alıb. Bu, “Qarabağ”dır. Ağdam təmsilçisi 85,6 xalla162-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya Braziliyanın “Atletiko Mineyro” klubu başçılıq edir. Niderland “Ayaks”ı 2-ci, Braziliya “Palmeyras”ı 3-cüdür.
Əlavə edək ki, qurum klubların yeni reytinq siyahısını əvvəlkitək ildə bir dəfə yox, ayda bir dəfə açıqlayacağını elan edib.
Loading...