Idman

Əcnəbi futbolçular Bakıda polisə tüpürdülər

Əcnəbi futbolçular Bakıda polisə tüpürdülərAvropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində \”Neftçi\”nin rəqibi olan Çernoqoriya \”Mladost\”unun baş məşqçisi Aleksandr Nedoviçin dünən Bakıda mətbuat konfransı baş tutmalıydı. Azerisport.az xəbər verir ki, tədbirin saat 20:30-da start götürməliydi.

Amma mətbuat konfransı keçirilməyib. Buna çernoqoriyalıların \”Bakcell Arena\”ya gec gəlməsi səbəb olub. Ona görə də mətbuat konfransı ləğv olunub.

Sonradan məlum olub ki, \”Mladost\”un stadiona gec gəlməsinə səbəb onları aparan avtobusu müşaiyət edən yol polisləri olub. Belə ki, onlar \”Bakcell Arena\”nın yolunu tapa bilmirmiş. Stadiona təxminən bir saat gec gələn çernoqoriyalı futbolçular avtobusdan düşərkən öz narazılıqlarını aşkar biruzə veriblər. Rəqib oyunçulardan polislər tərəfə tüpürənlər də tapılıb.

Qeyd edək ki, \”Mladost\” bu gün \”Bakcell Arena\”da \”Neftçi\”nin qonağı olacaq. Matç saat 21:00-da start götürəcək.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button