Idman

\”Qəbələ\” və \”İnter\”-in rəqibləri bəlli oldu

"Qəbələ" və "İnter"-in rəqibləri bəlli olduAvropa Liqasının I təsnifat mərhələsini uğurla adlayan \”İnter\” və \”Qəbələ\” klublarının növbəti mərhələdəki rəqibləri bu gecə müəyyənləşib.

AZVision.az-ın məlumatına görə, \”Qəbələ\” Serbiya, \”İnter\” isə İslandiya təmsilçisi ilə qarşılaşacaq.

Artıq \”Qəbələ\”nin rəqibi bəlli olub. Sloveniyada baş tutan ilk görüşdə 1:0 hesabı ilə qalib gələn \”Çukariçki\” klubu cavab görüşündə rəqibi ilə 0:0 bərabərə qalıb. Bu nəticə Serbiya klubunu növbəti mərhələyə yüksəldib. Bu isə o deməkdir ki, \”Qəbələ\” ikinci təsnifat mərhələsində məhz \”Çukariçki\” klubu ilə qarşılaşacaq.

Finlandiyada keçirilən ilk oyunda da qonaq komanda – \”Hafnarfyordur\” minimal hesablı qələbə qazanıb – 1:0. İslandiyada keçirilən cavab matçında eyni hesabla qalib gələn \”Hafnarfyordur\” klubu ikinci təsnifat mərhələsində \”İnter\”ə rəqib olub.

Qeyd edək ki, \”İnter\” I təsnifat mərhələsində Albaniyanın \”Laçi\”, \”Qəbələ\” isə Gürcüstanın \”Dinamo\” klubunu mübarizədən kənarlaşdırıb. Digər təmsilçimiz \”Neftçi\” isə \”Mladost\” səddini keçə bilməyib və Avropa Liqasında mübarizəni dayandırıb.

23:00. \”Çukariçki\” (Serbiya) – \”Domjale\” (Sloveniya) – 0:0
(İlk oyun – 1:0)

00:15. “Hafnarfyordur\” (İslandiya) – SJK (Finlandiya) – 1:0
Qol: Finboqason, 90+1 (1:0)
(İlk oyun – 1:0)

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button