Idman

“Roma”da qalacağam” – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo paytaxt klubundakı gələcəyindən danışıb.

O, “Sky Sports”a açıqlamasında A seriyası təmsilçisində qalacağını  deyib:

“Çempionlar Liqasına vəsiqə qazanmaq istəyirik, lakin “İnter”, “Milan” və “Yuventus”un transfer fəaliyyətinin səviyyəsinə nəzər saldıqda başa düşürsən ki, dörd seçmə yerdən üçü artıq alınıb. Mövsümün ikinci hissəsində, yanvar transfer pəncərəsindən sonra heyəti yaxşılaşdırmaq üçün kifayət qədər kiçik dəyişikliklər etdik. İstədiyini ala bilən bəzi məşqçilər qədər şanslı deyiləm. Düşünürəm ki, bizim şansımız gələn mövsüm üçün  var və bu, növbəti hədəfdir. Hazırda hər şey çox sakitdir, çünki daha iki illik müqaviləm var. Klub məndən sözləşmənin uzadılmasını istəmədi. Ona görə də vəziyyət sabitdir.  Mən mövsümü bacardığım qədər yaxşı başa vurmalı və növbəti mövsümə 100 faiz enerji ilə başlamalıyam. İkinci mövsümdən əvvəl klubu tərk edə bilməzdim. Beləliklə, gələn mövsüm burada işləməyə davam edəcəyəm”.

Qeyd edək ki, “Roma” bu mövsüm A Seriyasında 36 turdan sonra 6-cı yerdədir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button