Idman

Mourinyonun UNİKAL REKORDU – Dünyada heç bir məşqçi bunu etməyib

Portuqaliyalı mütəxəssis bütün Avropa yarışlarının qalibi olub. Mourinyo Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası, UEFA Kuboku və Kuboklar Kubokunu qazanıb

“Roma” Konfrans Liqasının tarixində ilk dəfə finalda qalib gəlib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, həlledici görüşdə italyanlar Hollandiya təmsilçisi “Feyenoord”a qalib gəlib.

Joze Mourinyo isə özünəməxsus nailiyyəti ilə yadda qalıb. O, dörd fərqli komanda ilə Avropa yarışlarını qazanan ilk məşqçi olub.

Xatırladaq ki, Mourinyo bundan əvvəl iki dəfə Çempionlar Liqasının qalibi olub – “Porto” (2003/2004 mövsümü) və “İnter” (2009/2010 mövsümü) ilə.

Portuqaliyalının “Mançester Yunayted”lə Avropa Liqasında da bir qələbəsi var (2016/2017 mövsümü). Bundan əlavə, 2002/2003 mövsümündə “Porto” Mourinyo ilə birlikdə UEFA kubokunun qalibi olub.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis hər üç avrokubok – Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qalibi olan ilk məşqçi olub. O, UEFA Kubokunu da götürüb və köməkçi məşqçi kimi Mourinyo 1997-ci ildə “Barselona” ilə Kubok Kubokunu qazanıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button