Idman

“Şamaxı”nin oyunçuları 2 aydır maaş ala bilmir – “3 həftədir deyirlər ki…”

“Şamaxı”da yaranan maddi problemə görə komandanın bir çox futbolçusu narazıdır. Klub AFFA-dan vəsait almasına baxmayaraq, artıq 2 aydır ki, futbolçularının maaşını ödəyə bilmir. Durumdan narahat olan oyunçulardan biri də Rəhman Hacıyevdir. 

28 yaşlı yarımmüdafiəçi Qol.az saytına açıqlamasında bu barədə danışıb. O, özündən daha çox az maaş alan komanda yoldaşlarına görə narahat olduğunu deyib:

“Mən klub nümayəndələrinə 2 dəfə zəng vurub, maaşla bağlı maraqlanmışam. 3 həftədir deyirlər ki, bu həftə maaşınızı alacaqsınız. Artıq 3 həftə keçib. Komandada az maaş qarşılığında oynayan futbolçular var. Doğrudan da çox çətinlik çəkirlər. Mövsüm baaş çatıb, hamı istirahətə yollanıb. Amma biz gedə bilmirik. Mən yüksək maaş ala bilərəm və bu məvacibə uyğun şəxsi işim də var. Maaşımı alıb, biznesimə pul yatırmalıyam. Mən daxil, bütün futbolçular gecikməyə görə problem yaşayır. Klub isə bildirdi ki, bu həftə məvaciblər ödəniləcək. Biz də gözləyirik. Mən komandanın 4-5 nəfər futbolçusu ilə çox yaxınam. Onların problemləri məni də narahat edir. Çünki imkanım olsa belə, istirahətə gedə bilmirəm. Onlarla eyni komandada əziyyət çəkmişik. Həmin futbolçular istirahətə gedə bilmir deyə mən də gedə bilmirəm. Çünki özümə götürə bilmirəm. İstəyirəm ki, maaşı alım, istirahətə yollanım. Bəlkə onlarla birlikdə gedəcəm, bəlkə də tək. Amma istəyirəm ki, içim rahat şəkildə gedib. Bilim ki, dostlarım da maaş aldı, problemlərini həll etdi. Klubdan maaşın gecikməsinin səbəbini soruşmadım. Elə dedilər ki, bu həftə maaş veriləcək. Biz də gözləyirik. Artıq bir neçə həftədir ki, belə deyirlər. Doğrudan da problemlər çoxalıb. Bu iş belə olmaz”.

Qeyd edək ki, Rəhman 2020-ci ildən “Şamaxı”da icarə əsasında çıxış edirdi. Müqavilə ilə “Neftçi”yə məxsus olan futbolçu artıq “Şamaxı”dan ayrılıb və yeni təkliflərlə maraqlanır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button