Idman

Avtomobilləri toqquşan “Formula 1” yarışçıları qarajda dalaşdı – 8915 manatlıq cərimə

Bakıda keçirilən “Formula 1” yarışlarında qəza törədən sürücü cəzalanıb.

Gundem.az xəbər verir ki, türkiyəli yarışçı Cem Bölükbaşı yarışların 12-ci turunda Roy Nissaninin avtomobilinə çırpılıb. Bundan sonra onlar arasında mübahisə yaşanıb. Hətta mübahisənin yarışdan sonra avtomobil qarajında da davam etdiyi bildirilir.

Belə ki, qarajda Cemin atası Yavuz Bölükbaşı Nissaninin menecerini itələyib. Onlar bir-birini “Yolda bir ağılsız var” və “O, mənə çırpıldı” deyərək ittiham ediblər. Nəticə etibarilə Nissani yarışlara 3 tur geridən davam edəcək. Cemin atasının isə növbəti “Formula 1” yarışlarına qatılması qadağan edilib.

Həmçinin Cem Bölükbaş 5000 avro (təxminən 8915 manat) məbləğində cərimələnib.

Nadir

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button