Robert Prosineçki: \”Mətbuata açıqlama verməyəcəm\”
Əvvəlcə \”Qarabağ\” – \”Neftçi\” matçının ilk hissəsini, daha sonra isə \”Xəzər Lənkəran\” – \”Qəbələ\” oyununu izləyən milli komandanın baş məşqçisi Robert Prosineçki oyundan sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Savash.org derbi.az-a istinadən həmin açıqlamaları təqdim edir.
-Oyun haqqında fikirlərinizi bildirin zəhmət olmasa.
-Yaxşı futbol izlədik. Təssüf ki bir komanda – “Xəzər Lənkəran” yaxşı futbol oynadı, ancaq bununla belə oyun çox xoşuma gəldi.
-“Neftçi” – “Qarabağ” oyunu haqqında nə deyərdiniz?
-O oyunda hər iki komanda çətinlik çəkirdi. Sadəcə ilk hissəni izləyə bildim. Birinci hissə etibarilə demək olar ki, bu oyun daha maraqlı idi.
-Tofiq Bəhramovdakı oyunu izləmək qabaqcadan planda yox idi. Necə oldu ki fikrinizi dəyişdiniz?
-Bir az vaxtım var idi, düşündüm ki boş keçirməkdənsə turun mərkəzi oyununu izləyim.
-\”Qəbələ\”nin heyətindəki milli oyunçular barəsində düşüncələriniz nədir?
-Bu gün “Qəbələ” bütün komanda olaraq pis oynadı, konkret ad çəkmək düzgün deyil. Hamsı pis oynadı.
-Gənclər millisinə baş məşqçi təyinatı olmalıdır. Bu barədə sizin fikrinizi soruşublarmı?
-Mənim də fikrimi soruşublar, təkliflər vermişəm. Məşqçilər komitəsi də təkliflər verəcək. Daha sonra isə İcraiyyə Komitəsi ilə birlikdə bir namizəd üzərində dayanacağıq.
-Daha əvvəl bildirmişdiniz ki, gənclərə daha çox üstünlük verəcəksiniz. Bugünkü oyunda gəncləri necə gördünüz?
-İlk gəldiyim vaxtlardan bəri yaxşı istedadlı gənc oyunçular görmüşəm. Müəyyən qeydlərim var. Özünüz də görəcəksiniz, yaxşı komandamız olacaq, istər gənc, istər yaşlı fərq etməyəcək, komandada ən yaxşı oyunçular oynayacaqlar.
-Xorvatiya mətbuatına görə köməkçiniz Yanko Yankoviç, Azərbaycan mətbuatına görə isə Elxan Abdullayev və Faiq Əzizov olacaq. Buna bir açıqlıq gətirsəniz yaxşı olar.
-Spekuliyasiyalara gərək yoxdur. Gələn həftə bu barədə dəqiq məlumat veriləcək.
-Artıq uzun müddətdir Azərbaycandasınız. Bir çox oyun izləmisiniz. Bir fikir formalaşıbmı? Necə bir komanda quracağınız haqqında ilkin qənaətiniz varmı?
-Təbii ki, bu barədə artıq müəyyən fikirlərim var. Ancaq bunu mətbuata açıqlamayacam.