Idman

“Hələ ölməmişəm, yenidən uğurlu ola bilərəm” – De Byazi

“Asan həyatım olmayıb. Hər zaman mübarizə aparmışam. Getdiyim hər yerdə kapitan olmuşam. Xarizmam və əvvəlki təcrübələrim sayəsində lider olmuşam”.

Bu sözləri milli komandamızın baş məşqçisi Canni De Byazi  “ilfattoquotidiano.it” nəşrinə müsahibəsində deyib.

İtaliyalı mütəxəssis geniş müsahibəsində Azərbaycanla bağlı sualları da cavablandırıb. O, ailə üzvlərinin Bakıda yaşamadığını bildirib: “Azərbaycanda tək yaşayıram. Yoldaşım Koneqliano İtaliyada qalıb, qızım isə Padua Universitetində oxuyur. Yemək bişirməyi bilirəm və burada italyan restoranları var. Dekabrda koronavirusa yoluxdum, 7 kiloqram arıqladım. Amma sağaldım”.

Millimizlə 2022-ci ilin sentyabrına qədər müqaviləsi olduğunu xatırladan 66 yaşlı mütəxəssis bundan sonra da uğurlu ola biləcəyini deyib: “Hələ ölməmişəm, yenidən uğurlu ola bilərəm. Ya milli komandada, ya da klubda. Bu, elə də vacib deyil”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button