Idman

\”Qarabağ\” – \”Seltik\” oyunu öncəsi təxribat: bilet satışı dayandırıldı

"Qarabağ" - "Seltik" oyunu öncəsi təxribat: bilet satışı dayandırıldıÇempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın Şotlandiya “Seltik”i ilə keçirəcəyi cavab görüşünün biletləri satışa çıxarıldığı gün dayandırılıb.

Savash.org bununla bağlı Ağdam klubunun yaydığı bəyanatı təqdim edir:

“Qarşılaşmaya olan hədsiz maraq Tofiq Bəhramov adına Respublika stadionunun kassaları önündəki toplaşan izdihamdan bəlli idi. Təəssüf ki, kütləvi maraqdan istifadə edən bəzi “işbazlar\” qeyri-leqal satışla qanqaraldıcı duruma səbəb olublar. Məhz bu səbəbdən, klubumuz tərəfindən kassalar bağlanıb, hüquq-mühafizə orqanlarına müraciət edilib və qeyri-leqal satışla bağlı tədbir görülüb\”.

Satış sabah səhərdən etibarən bərpa olunacaq. “Qarabağ” rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar: “Kassadan bilet almaqla \”işbaz\”ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsınız”.

Qeyd edək ki, avqustun 5-də Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Seltik” matçı saat 21:00-da başlanacaq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button