Idman
\”Seltik\”in kapitanı: \”Erkən qol vursaq, əla olar\”
\”Seltik\”in kapitanı Skott Braun Çempionlar Liqasında \”Qarabağ\”la cavab qarşılaşması öncəsi fikirlərini bildirib.
Savash.org-un independent.ie saytına istinadən yaydığı xəbərə görə, o, ikinci oyunda da qalib gələ biləcək gücdə olduqlarını deyib:
\”Seltik\” böyük klubdur və indi biz yaxşı nəticə qazanmalıyıq. Bu oyunda qalib gələ bilərik. Bunu bacarsaq, böyük addım atmış olacağıq\”.
S.Braun \”Qarabağ\” qarşı oyunda erkən qol vurmağa çalışacaqlarını vurğulayıb: \” Erkən qol vursaq, əla olar. Komanda şəklində düzgün müdafiə olunmaq lazımdır. Fikrimcə, həm qol vura, həm də qapımızın toxunulmazlığını qorumalıyıq\”.
Qeyd edək ki, \”Qarabağ\” – \”Seltik\” görüşü bu gün saat 21:30-da başlayacaq.
Loading...