Idman

Yaşar Vahabzadə istefaya göndərildi – “Kəpəz”də nə baş verir?

“Kəpəz” baş məşqçisi Yaşar Vahabzadə ilə müqaviləyə xitam verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yaşar Vahabzadə ilə yanaşı onun köməkçiləri də komandadan göndərilib.

Gəncə təmsilçisinin açıqlamasında bildirilib: “Klubumuzun rəhbərliyi əsas komandanın baş məşqçisi Yaşar Vahabzadə ilə görüşüb. Görüşdə komandanın nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Yaşar Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilər ilə müqaviləyə xitam verilib”.

Yaşar Vahabzadə 2019-cu ildən “Kəpəz”i çalışdırırdı.

Qeyd edək ki, “Kəpəz” bu mövsüm Premyer Liqada keçirdiyi 4 oyunun hamısında uduzub və komanda sonuncu – 10-cu pillədə qərarlaşıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button