Idman

“Qarabağ” İbrahima Vadjinin əvəzinə bu futbolçunu alır – FOTO

İbrahima Vadjini “Sent Etyen”ə satan “Qarabağ” onun əvəzinə başqa bir afrikalı alır. Qvineya millisinin forvardı Momo Yansane tezliklə ağdamlılarla rəsmi müqavilə bağlayacaq.

Hazırda “Şerif”də çıxış edən hücumçu Moldovadan ayrılmaq istəyir. Onunla danışıqlar davam edir və futbolçunun sonradan satınalma şərti ilə birillik icarəyə götürülməsi müzakirə edilir.

Daha öncə “Rabat”, “İsloç”, “Nijni Novqorod” klublarında oynamış Momo bir ildi “Şerif”də çıxış edir. 25 yaşlı futbolçunun hazırkı komandası ilə 2024-cü ilə kimi müqaviləsi var.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button