Idman

““Qarabağ”ı izləmək qəşəng idi” – “Frayburq”un hücumçusu

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ” üzərində qələbə qazanan Almaniyanın “Frayburq” klubunun hücumçusu Nil Petersen matç barədə danışıb. “O, “Kicker” nəşrinə müsahibəsində Azərbaycan təmsilçisini tərifləyib:

“Üç xal əldə etdiyimiz üçün xoşbəxtikş. Erkən 2 qoldan sonra sanki bizdə rahatlıq yarandır. İnsanlar düşündülər ki, daha çox qol vura biləcəyik. İşlərin bu qədər yaxşı getməsinə və matçın kontrolunun tam bizdə olmasına təəccüblənirdim. 2:1 hesablı qələbə və 3 xal yaxşı görünə bilər. Amma biz özümüzü tənqidi təhlil edəcəyik. Çünki ikinci qoldan sonra heç də yaxşı oynamadıq. “Qarabağ” bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələlərində bir neçə komandanı mübarizədən kənarlaşdırıb. Bəzilərinin gözlədiyi kimi deyildi, həqiqətən onlar yaxşı komandadır. Qrupda xal toplayacaqlar”.

Təcrübəli forvard 25-ci dəqiqədən sonra “Qarabağ”ın üstünlük əldə etməsinin səbəbini də açıqlayıb: “Bir neçə top itkisi ilə oyunda onların dominantlıq etməsinə şərait yaradıq. Nəticədə rəqibə rahat oynamağa imkan verdik. İstədikləri və bacardıqları topu özlərində saxlamaq idi. Onları zaman-zaman izləmək həqiqətən qəşəng idi. Biz onların əvəzinə oyundan zövq almalı idik. Amma bu tez-tez qismət olmurdu. Yaxşı ki, qalib gəldik”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button