Idman

\”Oynadığım ən çətin oyun idi\” – \”Seltik\”in futbolçusu

"Oynadığım ən çətin oyun idi" – "Seltik"in futbolçusu
\”Çətin oyun oldu. Bilirdik ki, rəqibimiz mərhələ adlamaq üçün əlindən gələni edəcək. Qol vursaq, böyük üstünlük əldə edəcəyimizi bilirdik. Bunu bacarmasaq da, qapımızı toxunulmaz saxladıq. Ölkəmizə mərhələ adlayaraq qayıtdığımız üçün xoşbəxtik\”.

Qol.Az-ın məlumatına görə, bu sözləri \”Seltik\”in futbolçusu Stüart Armstronq Çempionlar Liqasının III təsnifat mərhələsində \”Qarabağ\”la 0:0 bərabərə qaldıqları görüşdən sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Təcrübəli futbolçu \”Qarabağ\”la görüşün indiyə kimi oynadığı ən çətin matç olduğunu bildirib: \”Bu, oynadığım ən çətin və yorucu oyun idi. Matç ərzində su fasilələrin verilməsi yaxşı oldu. Çox əziyyət çəkdik. Fiziki və zehni olaraq ağır oyun idi. Matçın final fitindən sonra bizim üzümüzdəki emosiyaları görə bilərdiniz. Hamımız mərhələ keçmək istəyirdik. Daha öncə isti havada futbol oynamışam.

Ancaq bu önəmli matç olduğu üçün belə hərarətli və yüksək rütubətli görüşdə daha çox hərəkət etməli idik. Pley-off mərhələsində hansı komanda ilə qarşılaşacağımızı bilmirəm. Lakin növbəti mərhələyə yüksəldiyimiz üçün çox xoşbəxtəm. Pley-off oyunlarını həyəcanla gözləyirik. Ümid edirəm ki, Çempionlar Liqasının qrup mərhələsində oynayacağıq\”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button